İpoteka kreditləri ilə bağlı müraciətlərin qəbuluna başlanılır

   İpoteka kreditləri ilə bağlı müraciətlərin qəbuluna başlanılır
  19 Yanvar 2023    Oxunub:1200
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2023-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.
Bu barədə AzVision.az -a Fondan bildirilib. Məlumata görə, ipoteka krediti ilə bağlı müraciətlərin qəbulu 24 yanvar 2023-cü il tarixində saat 11:00-da başlayacaq.

Məlumat üçün bildiririk ki, ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında ( www.e-gov.az ) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti