“Qarabağ” Türkiyə toplanışındakı son oyununda məğlub olub

“Qarabağ” Türkiyə toplanışındakı son oyununda məğlub olub
  18 Yanvar 2023    Oxunub:1247
"Qarabağ" Türkiyənin Antalyada şəhərindəki təlim-məşq toplanışında keçirdiyi son yoxlama oyununda uduzub.
AzVision.az -ın məlumatına görə, "köhlən atlar" Polşanın "Poqon" klubu ilə matçdan 2:4 hesablı məğlubiyyətlə ayrılıb. Ağdam təmsilçisinin qollarını qollarına 49-cu dəqiqədə Marko Yankoviç və 90+4-cü dəqiqədə Abdullah Zubir imza atıb.

70-ci dəqiqədə "Qarabağ"dan Ramiş Şeydayev, "Poqon"dan isə Leandro Kutris birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Rəqib futbolçu təhqirə, Azərbaycan millisinin üzvü isə onu vurduğuna görə cəzalandırılıb.
AzVision.az



Teqlər:





Xəbər lenti