AMEA-da Maliyyə şöbəsi ləğv edilib

   AMEA-da Maliyyə şöbəsi ləğv edilib
  17 Yanvar 2023    Oxunub:1509
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin keçirilən növbəti iclasında AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda bir sıra dəyişikliklər edilməsi müzakirə olunub.
İclasda AMEA-nın Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib.

Rəyasət Heyətinin qərarı ilə əlavə maliyyə vəsaiti tələb etmədən daxili imkanlar hesabına aparatın Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsi Elm və təhsil şöbəsi, Beynəlxalq əlaqələr və xaricdə elmi tədqiqatların (təhsilin) təşkili şöbəsi Beynəlxalq əlaqələr şöbəsi, Media və informasiya şöbəsi İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi, Kadr potensialı və təhsil şöbəsi İnsan resursları şöbəsi, Hüquqi təminat şöbəsi Hüquq şöbəsi, Ümumi şöbə Sənədlərlə iş şöbəsi, Elmi irsin və sənədlərin arxivləşdirilməsi şöbəsi isə Elmi irs şöbəsi kimi müəyyən edilib.

Maliyyə şöbəsi ləğv edilərək onun bazasında Maliyyə və mühasibat şöbəsi yaradılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti