ABŞ-da atışma nəticəsində altı nəfər ölüb

  ABŞ-da atışma nəticəsində altı nəfər ölüb
  16 Yanvar 2023    Oxunub:1239
Kaliforniyanın Tulare şəhərində baş verən atışmada altı yaşlı uşaq da daxil olmaqla altı nəfər həlak olub
Bu barədə “Fox News” telekanalı məlumat yayıb. Qeyd olnub ki, atışma yerli vaxtla saat 03:30-da (Bakı vaxtı ilə 15:30) Qoşendəki evlərdən birində baş verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evdə 5 ölü və bir yaralı aşkar ediblər, Yaralı daha sonra xəstəxanada keçinib.

Polis hadisə yerindən qaçan iki şübhəlini axtarır. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, evə hücum təsadüfi olmayıb və cinayətkar dəstələrin fəaliyyəti ilə bağlı ola bilər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti