Avropa embarqodan əvvəl Rusiyadan rekord miqdarda dizel alıb

   Avropa embarqodan əvvəl Rusiyadan rekord miqdarda dizel alıb
  16 Yanvar 2023    Oxunub:1016
Avropalı treyderlər embarqonun qüvvəyə minməsi ərəfəsində Rusiyadan dizel yanacağının alışını artırıblar. 2023-cü ilin yanvar ayında idxal gündəlik 770 min barel təşkil edib
Bu barədə Reuters agentliyi məlumat yayıb. Məqalədə qeyd edilib ki, bu, 2022-ci ilin martından bəri rekord göstəricidir. Eynilə, Avropa şirkətləri neft embarqosuna da belə hazırlaşırdılar. Amma dizel yanacağı məsələsində problem Avropa İttifaqı üçün daha çətin ola bilər. Embarqo fonunda dünya bazarında dizel təchizatında qıtlıq yarana bilər. Avropa İttifaqı hesab edir ki, Çin və Hindistandan yanacaq tədarükü bunun həllinə kömək edə bilər.

Çin 2023-cü ildə ilk emissiyanın bir hissəsi olaraq dizelin ixrac kvotasını artırıb. Əvvəlki illə müqayisədə artım təxminən 50% təşkil edib. Çindən dünya bazarına yanacaq tədarükü gündə 400-600 min barrelə çata bilər.

Qeyd edək ki, 5 fevral 2023-cü il tarixindən Avropa İttifaqı dənizlə daşınan Rusiya dizelinin idxalını demək olar ki, tamamilə dayandıracaq. Bununla belə, region hələ də Rusiyadan bu növ yanacağın tədarükündən asılı olaraq qalır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti