Külək Cəfər Cabbarlının ev-muzeyinin damını uçurub - FOTO

   Külək Cəfər Cabbarlının ev-muzeyinin damını uçurub -    FOTO
  14 Yanvar 2023    Oxunub:1475
Güclü külək Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının Xızıda fəaliyyət göstərən ev-muzeyinin dam örtüyünü uçurub.
Dam örtüyü ilə yanaşı muzeyə gələn elektrik xətləri də qırılıb. Muzeyin direktoru Həcər Rəsulova bildirib ki, hadisə ilə bağlı müvafiq dövlət qurumlarına məlumat verilib. Muzeyə elektrik enerjisinin verilişi bərpa olunsa da dam örtüyünün bərpası işlərinə hələ başlanılmayıb. Yağıntılı hava olarsa muzey binasına və burada qorunan eksponatlara ciddi ziyan dəyə bilər.



Qeyd edək ki, Cəfər Cabbarlının ev-muzeyi 2019-cu ildə əsaslı təmir olunaraq yenidən qurulub. Bu muzey Cəfər Cabbarlının 2 yaşına kimi yaşadığı evin əsasında yaradılıb. Üç otaqdan ibarət birmərtəbəli ev görkəmli dramaturqun həyat yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə başlayıb. 13 ildən sonra muzey kimi qeydiyyata alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti