Yanan evdən nənə və nəvənin meyiti tapıldı

Yanan evdən nənə və nəvənin meyiti tapıldı
  14 Yanvar 2023    Oxunub:795
Qusarda evdə yanğın olub, 2 nəfərin meyiti tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Qusar rayonunun Yeni Həyat kəndindəümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsində 2 otağın və eyvanın yanar konstruksiyaları 90 m² sahədə, ikinci mərtəbəsində 2 otağın və dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1-i azyaşlı olmaqla 2 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Məlumata görə yanaraq ölən nənə və nəvəsi olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
AzVision.az


Teqlər:





Xəbər lenti