Paşinyan separatçıları dillərinə yiyəlik etməyə çağırdı

 Paşinyan separatçıları dillərinə yiyəlik etməyə çağırdı
  12 Yanvar 2023    Oxunub:2369
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ bölgəsindəki separatçıların rəhbərlərini hərbi əməliyyatlara yenidən başlamaq üçün Azərbaycana fürsət verə biləcək bəyanatlar səsləndirməməyə çağırıb.

AzVision.az Rusiyanın “TASS” agentliyinə istinadən bildirir ki, Ermənistanın baş naziri bu çağırışı hökumətin iclasında edib.

“Vəziyyəti daha da dalana dirəyə billəcək siyasi bəyantalardan qaçmaq lazımdır. Belə ki, son nöqtəyə çatmaq barədə dəqiq təsəvvürlə müşahidə olunmayan bəyanatlar heç bir mənfəət gətirməyəcək”, - Paşinyan bildirib.

Ermənistanın baş naziri Azərbaycanla Qarabağ arasında siyasi dialoqun başlanmalı olduğunu əsas gətirərək, onların konstruktiv danışıqların pozulmasında ittiham edilməməsi üçün qondarma rejimin “hakimiyyəti”ni təmkinli davranmağa çağırıb.

- Laçın dəhlizinin bağlanması yeni hərbi gərginlik yaratmaq məqsədi güdən təxribatlar və yeni hərbi əməliyyatlar hazırlayanların arzu edikləri addımmlar atılmamalıdır , - Ermənistanın baş naziri vurğulayıb.

İki gün əvvəl isə Paşinyan Rusiya sülhməramlılarının Laçın dəhlizinin normal fəaliyyətini təmin etməli olduğunu bildirib.

Rusiyanı və KTMT-ni öz avantürist siyasətinin girovuna çevirə bilməyən Ermənistan rəhbərliyinin guya Qarabağ bölgəsində yaşayan 25-30 minlik erməni icmasının taleyindən narahat olduğu barədə belə ikibaşlı bəyanatlar verməkdən başqa çarəsi qalmayıb.

Əvvəla, Qarabağ bölgəsindəki ermənilərin taleyi və təhlükəsizliyinin təminatı məsələsi müstəsna şəkildə Azərbaycan hökumətinin səlahiyyətlərinə aiddir. Bu baxımdan, rəsmi Bakının onlara təklifi Azərbaycan vətəndaşlığını qəbul edərək, ölkə Konstitusiyası çərçivəsində bütün hüquqları qazanması və öhdəliklərə sadiq qalması ola bilər. Paşinyan isə məsələni guya həmin ermənilərin hansısa əlahiddə statusları kontekstində danışıqların aparılacağı barədə dumanlı açıqlama verir.

İkincisi, bu məsələdə nə İrəvanın, nə də ki, şəxsən Paşinyanın “xidmət”lərinə hacət yoxdur. Necə deyərlər, onların işi yalnız çəpərin o tayından boylanmaqdır. Amma erməni baş nazir özünü Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin və onların “lider”lərinin mənəvi atası və müdafiəçisi kimi sırımağa çalışır.

Üçüncüsü, Paşinyan da, onun hökuməti də çox yaxşı bilirlər ki, Qarabağdakı separatçı rejimin qalıqlarının heç bir perspektivi yoxdur. Ona görə də, bu məntiqi fiaskoda məhz separatçı rejimin tör-töküntülərini ittiham etmək üçün irəlicədən zəmin hazırlanır.

Dördüncüsü, hər tərəfdən əli üzülən Ermənistan hökuməti hərbi əməliyyatların yenidən qızışa biləcəyindən həqiqətən də çox əndişələnir. Çünki bu halda Paşinyanın vaxtı ilə Cıdır düzündə kefli halda oynamağına cavab olaraq Qərbi Azərbaycanlılar İrəvanın mərkəzində “Yallı” gedəcəklər. Bu isə həm tarixi, həm də siyasi-mənəvi baxımdan çox düzgün olacaq.

Laçın dəhlizinin normal fəlaiyyəti barədə Nikol Paşinyanın rusiyalı sülhməramlılara müraciətinə gəldikdə isə, dəhlizin işi məhz azərbaycanlı ekofəalların keçirdikləri aksiyalardan sonra normal rejimdə aparılır. Həmin vaxta qədər isə rusiyalı sülhməramlıların öz öhdəliklərinə ciddi yanaşmamaları üzündən həmin yola nəzarət demək olar ki, baş-başına buraxılmışdı. İndi isə hər şey öz məcrasına düşüb.



Yeri gəlmişkən, 10 noyabr 2020-ci il Üçtərəfli Bəyannaməsi çərçivəsində Zəngəzur dəhlizinin açılması barədə Ermənistanın üzərinə qoyulan öhdəliyin də yerinə yetirilməsində Nikol Paşinyan belə prinsipial mövqe sərgiləməlidir. Əks halda...

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər: Paşinyan   müharibə  





Xəbər lenti