Qlobal istiləşmə xəbərdarlığı: Okean sularında temperatur rekord həddədir

  Qlobal istiləşmə xəbərdarlığı:  Okean sularında temperatur rekord həddədir
  12 Yanvar 2023    Oxunub:1772
İqlim dəyişikliyi ilə bağlı aparılan araşdırmaya görə, antropogen tullantıların yaratdığı istiliyi özünə çəkən okeanlar 2022-ci ildə ən yüksək temperatura çataraq, iqlim sistemində dərin dəyişikliklərə səbəb olub. Okeanların istiləşməsi və ekstremal hava, bəşəriyyət xalis sıfır emissiyaya çatana qədər artmağa davam edəcək.
AzVision.az xəbər verir ki, bu barədə elmi araşdırma "Advances in Atmospheric Sciences" jurnalında dərc olunub.

ABŞ-da Tomas Universitetinin professor Cohn Abraham vurğulayıb ki, qlobal istiləşmənin 90 faizdən çoxu okeanlara doğru hərəkət edir. "Okeanların istiləşməsi səbəbindən daha ekstremal hava şəraiti yaşayırıq. Bunun bütün dünyada dəhşətli təsirləri var", Abraham qeyd edib.

1958-ci ildən əldə edilən qeydlər göstərir ki, 1990-cı ildən sonra okeanın temperaturu əhəmiyyətli dərəcədə artıb, istiləşmə sürətlənib.



Araşdırmada okeanların istiləşməsinin və ekstremal hava şəraitinin təsirlərinin bəşəriyyət xalis sıfır emissiya səviyyəsinə çatana qədər artacağı vurğulanıb. Bildirilib ki, orta enlik Sakit və Atlantik okeanlarında intensiv istiləşmə ilə yanaşı, Şimal yarımkürəsində rekord qıran istilik dalğaları və quraqlıq hadisələri artıb.

Ümumdünya Meteorologiya Təşkilatı oktyabr ayında bütün əsas istixana qazlarının atmosferdəki konsentrasiyasının rekord səviyyəyə çatdığını vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti