Sürücünün ehtiyatsızlığı ölümlə nəticələnib

Sürücünün ehtiyatsızlığı ölümlə nəticələnib
  10 Yanvar 2023    Oxunub:968
Lerikdə sürücünün ehtiyatsızlığı ölümlə nəticələnib.
AzVision.az DİN-ə istinadən xəbər verir ki, bədbəxt hadisə bu gün günorta saatlarında baş verib.

Belə ki, yük avtomobili arxa istiqamətdə hərəkət edən zaman rayonun Piran kənd sakini 1959-cu il təvəllüdlü Əliməmməd Ayaz oğlu Məmmədova toxunaraq onu yerə yıxıb və piyada yük avtomobilinin təkəri altına düşüb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq yaralı bir qədər əvvəl xəstəxanada ölüb.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti