Xəstəxanaya yerləşdirilən Nikita Mixalkovun vəziyyəti pisləşib

 Xəstəxanaya yerləşdirilən Nikita Mixalkovun vəziyyəti pisləşib
  10 Yanvar 2023    Oxunub:1280
Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən rejissor, xarici dildə ən yaxşı filmə görə “Oskar” mükafatı laureatı Nikita Mixalkovun vəziyyəti pisləşməyə başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Onun ağciyərində zədələnmə sahəsi artıb, xroniki ürək problemləri yaranıb. Həkimlər ona idiopatik pnevmoniya diaqnozu qoyublar. Qeyd olunub ki, vaxtında tibbi yardım göstərilməsəydi, Mixalkov infarkt keçirə bilərdi.

Xatırladaq ki, N. Mixalkovun koronavirus testinin cavabı müsbət çıxıb.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti