Azərbaycan-Qırğızıstan: 2022-ci ilin yekunları – Bişkəkdən baxış

    Azərbaycan-Qırğızıstan:    2022-ci ilin yekunları –    Bişkəkdən baxış
  09 Yanvar 2023    Oxunub:2319
“Düşünürəm ki, 2022 Qırğızıstan-Azərbaycan münasibətləri üçün xüsusi il oldu. Münasibətlərin müsbət dinamikası daha parlaq ifadə edildi”.
Bu sözləri AzVision.az -a qırğız politoloq Edil Osmonbetov deyib. Onun sözlərinə görə, Azərbaycan ilə Qırğızıstan arasında 1993-cü ilin yanvarında diplomatik əlaqələr qurulandan bəri ölkələrimiz ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində çoxlu vəzifələri yerinə yetiriblər.

Ölkələrimiz arasında 60-a yaxın sazişin olduğunu xüsusi vurğulamaq lazımdır. Ən mühüm sənəd Qırğızıstan və Azərbaycan prezidentlərinin 2022-ci ildə imzaladığı strateji tərəfdaşlıq haqqında bəyannamədir. Bu gün biz ölkələr arasında ticarət dövriyyəsinin böyük artımını müşahidə edirik. Eyni problemlərlə üzləşən Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında çox böyük geosiyasi dinamika var”,- ekspert bildirib.

Onun fikrincə, postsovet məkanının taleyi Ukrayna hadisələri başa çatandan sonra həll olunacaq. Regionlarımıza yeni çağırışlar Cənubi Qafqazda və Mərkəzi Asiyada yeni güc balansı və yeni nizam yaratmağa çalışan qlobal oyunçulardan gəlir. Rusiya və Çin, ABŞ, vahid Avropa, İran arasında geosiyasi qarşıdurma mövcuddur.

Düşünürəm ki, bizim ümumi çətinliklərimiz var. Ölkələrimiz arasında yaxşı münasibətlər var. 2022-ci il oktyabrın 11-də Azərbaycan və Qırğızıstan arasında dövlətlərarası şuranın ilk iclası keçirilib. Bu çox vacibdir. Çünki sizin işlək alətləriniz varsa, bütün səviyyələrdə - siyasi, iqtisadi, geosiyasi, parlamentlərarası ikitərəfli əlaqələr yarada bilərsiniz. İşlək alət isə Azərbaycan və Qırğızıstan arasında dövlətlərarası şura formasındadır. Bundan əlavə, Qırğızıstan və Azərbaycan arasındakı parlamentlərarası işçi qrupu əlaqələrin inkişafına öz töhfəsini verir”, - E.Osmonbetov qeyd edib.

2022-ci ildə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradıldığını xatırladan ekspert qeyd edib ki, Xəzər dənizinə, oradan da Azərbaycana uzanacaq Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi planlaşdırılır: “Bu, anti-Rusiya sanksiyaları kontekstində alternativ yol olmaqla, bizim üçün çox vacibdir. Əlbəttə, ölkələr arasında ixrac-idxal strukturu baxımından bu, böyük layihə deyil. Amma getdikcə böyüyəcək. Qeyd olunan dəmir yolunun açılması, “Orta Dəhliz”in potensialından istifadə və digər regional layihələr ikitərəfli münasibətlərin inkişafına uzun illər stimul verəcək”,- E.Osmonbetov bildirib.

Murad Nəcəfov
AzVision.az



Teqlər: Qırğızıstan   Region  





Xəbər lenti