Son iki gündə Şimal bölgəsində 35 qəza olub

Son iki gündə Şimal bölgəsində 35 qəza olub
  09 Yanvar 2023    Oxunub:688
Son iki gün ərzində Quba, Qusar və Xaçmazda 35 qəza olub.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib.

Xaçmazda 13 nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 26 avtomobilə zərər dəyib. Qubada 15 nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb, 27 avtomobilə zərər dəyib.

AzVision.az


Teqlər:





Xəbər lenti