İsmayıllıda qarın hündürlüyü 30 sm-ə çatıb, 17 dərəcə şaxta olub

   İsmayıllıda qarın hündürlüyü 30 sm-ə çatıb,    17 dərəcə şaxta olub
  09 Yanvar 2023    Oxunub:809
Azərbaycanda yağıntılı hava şəraiti davam edir.
AzVision.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

O bildirib ki, qar örtüyünün hündürlüyü İsmayıllıda 30 sm, Xaltanda 21 sm, Qubada 20 sm, Altıağacda 16 sm, Lerikdə 15 sm, Sarıbaş, Yardımlıda 14 sm, Şabranda 13 sm, Şəki, Biləsuvarda 8 sm, Qusarda 7 sm, Oğuz, Şahbuz, Daşkəsəndə 5 sm, Qobustanda 4 sm, Sədərəkdə 3 sm, Naxçıvan, Ağdərə, Göygöl, Naftalanda 2 sm, Bərdə, Göyçay, Astara, Ağdamda 1 sm, Sumqayıtda 8 sm, Bakıda 2 sm-dək olub.

Mərkəzin direktoru vurğulayıb ki, düşən yağıntının miqdarı Astarada 16 mm, Lerikdə 15 mm, Biləsuvarda 9 mm, Qax, Lənkəranda 8 mm, Oğuz, Qəbələdə 7 mm, Qubada 6 mm, Neftçala, Göyçayda 5 mm, Şahbuz, İsmayıllı, Altıağac, Ağdam, Zərdabda 4 mm, Şabran, Xaltan, Şəki, Qobustan, Daşkəsən, Göygöldə 3 mm, Gədəbəy, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Salyanda 2 mm, Naxçıvan, Şərur, Sədərək, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şamaxı, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Cəfərxanda 1 mm, Sumqayıtda 9 mm, Bakıda 3 mm, Maştağa, Binə, Pirallahıda 1 mm-dək olub.

Onun sözlərinə görə, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək, dağlıq rayonlarda 14-17 dərəcə şaxta, Aran rayonlarında 3 dərəcəyədək şaxta olub.

AzVision.az



Teqlər:





Xəbər lenti