Dünyadakı buzlaqların yarısı əriyəcəck

   Dünyadakı buzlaqların yarısı əriyəcəck
  07 Yanvar 2023    Oxunub:1413
Planetdə mövcud olan buzlaqların yarısı cari əsrin sonunadək əriyəcək. Bu, hətta orta qlobal temperatur aşağı salınsa belə baş verəcək.
“Science” elmi jurnalında dərc olunan məqalədə bildirilir ki, tədqiqatda Yer kürəsi səthində mövcud olan bütün buzlaqlar barədə məlumatlar nəzərə alınıb. Alimlərin hesablamalarına görə, Mərkəzi Avropa, Qərbi Kanada və ABŞ-da yerləşən və ölçüsü 1 kvadratkilometrdən kiçik olan buzlaqlar daha çox təhlükəyə məruz qalırlar.

Buzlaqların əriməsi nəticəsində dəniz səviyyəsi artacaq. Nəticədə dünya üzrə sahilboyu ərazilər, eləcə də bir sıra ada dövlətlər su altında qalacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti