B qripi: Səs telləri zədələnir, xırıltı yaranır

      B qripi:    Səs telləri zədələnir, xırıltı yaranır
  06 Yanvar 2023    Oxunub:1319
Son günlər insanlar arasında soyuqdəymə əlamətləri, qızdırma, qusma, ihsalla müşahidə olunan xəstəlik yayılıb. Koronavirus pandemiyasından sonrakı dövr üçün rast gəlinən bu xəstəliyi qrip virusu ilə əlaqələndirirlər. Mütəxəsislər qeyd edir ki, qeyd edilən əlamətlər qripin B varinatına uyğun gəlir.
Qamaleya Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq B qripinin xarakterik simptomları haqqında danışarkən bildirib ki, xəstəliyin bu variantı A qripindən fərqlənir. Lakin qalan simptomlar üçün infeksiyanın xüsusiyyətləri digər tənəffüs orqanlarının xəstəliklərinə bənzəyir.

Alim qeyd edib ki, B qripinin digər əlamətləri arasında burun-udlaqda bronxlara və ağciyərlərə enən iltihabi prosesin başlanğıcını müşahidə etmək mümkündür. Qıcıxlandırıcılığın qarşısı vaxtında alınmazsa, bakterial infeksiya bronxit və ya pnevmoniyaya, yaxud da tənəffüs çatışmazlığına çevrilir.

Bir çox ölkələrdə A qripi tədricən B qripi ilə əvəzlənir. Lakin bu, növbəti pandemiyaya səbəb ola bilməz.

B qripini A qripindən dərhal ayırd etmək mümkündür. B qripi ilk növbədə səs tellərinə təsir edir. Səsdə xırıltı yaranır, insanlar burnunu çəkməyə başlayır və səsi çox dəyişir.

B qrupu hamilə qadınlarda ciddi xəstəliklər yarada bilər. Döldə virusa görə anadangəlmə qüsurlar və inkişaf geriliyi yaşana bilər. Xəstəlik vaxtından əvvəl doğuşa da səbəb ola bilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti