"Avatar"ın üçüncü hissəsi: Navi qəbiləsini görəcəyik

      "Avatar"ın üçüncü hissəsi: Navi qəbiləsini görəcəyik
  06 Yanvar 2023    Oxunub:1764
Rejissor Ceyms Kemeron Fransanın “20 Minutes” telekanalına müsahibəsində “Avatar”ın üçüncü hissəsinin təfərrüatlarını açıqlayıb.
Kameron qarşıdan gələn filmdə digərlərindən fərqli olaraq Navi qəbiləsini nümayiş etdirəcəyini açıqlayıb.

“İlk filmlərdə çox mənfi insan nümunələri və çox müsbət Navi nümunələri var. Avatar 3-də biz bunun əksini edəcəyik”, - o deyib.

Üçüncü hissədə Kemeron tamaşaçıların əvvəllər görmədiyi Pandora mədəniyyətini, o cümlədən “döyüşkən atəş tayfasını” göstərəcəyini vəd edib.

Rejissorun sözlərinə görə, növbətilər ən yaxşı filmlər olacaq.

“Biz əsas personajların hekayəsini davam etdirərək yeni dünyaları kəşf edəcəyik. Deyə bilərəm ki, son hissələr ən yaxşısı olacaq. Qalanları isə giriş, bir növ əsas yemək üçün süfrə hazırlığıdır”, - deyə o vurğulayıb.

Kemeron bir müddət əvvəl etiraf etmişdi ki, Avatar üzərində işlədiyi üçün çəkmədiyi həmin mənzərələrə görə peşmandır. “Bizim yaradıcılar kimi vaxtımız məhduddur. Həyata gətirə bilmədiyim bəzi hekayələr üçün həmişə təəssüf edəcəyəm”.

Kemeron "Titanik", "Terminator", "Yadplanetlilər", "Uçurum", "Əsl yalanlar" və digər filmlərin rejissoru kimi tanınır. O, “Titanik” filminə görə “Ən yaxşı film”, “Ən yaxşı rejissor” və “Ən yaxşı montaj” nominasiyalarında üç dəfə “Oskar” mükafatına layiq görülüb. Rejissorun iki filmi tarixin ən çox gəlir gətirən ilk 5 filmində yer alır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti