Bakıda iki qardaş bıçaqlanıb

Bakıda iki qardaş bıçaqlanıb
  05 Yanvar 2023    Oxunub:764
Bakı şəhər sakinləri Q.Qənbərova və qardaşına xəsarət yetirməkdə şübhəli bilinən paytaxt sakini S.Hacıyev saxlanılıb.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, yanvarın 4-də saat 22 radələrində bir nəfərin Bakı şəhər sakinləri Q.Qənbərovun döş qəfəsinə bıçaqla və qardaşının baş nahiyəsinə daşla xəsarət yetirməsi barədə Nərimanov Nərimanov Rayon Polis İdarəsin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən paytaxt sakini S.Hacıyev müəyyən edilərək saxlanılıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti