Bakıda bir mənzildən 4 nəfərin meyiti tapıldı

   Bakıda bir    mənzildən 4 nəfərin meyiti tapıldı
  05 Yanvar 2023    Oxunub:1643
Bakıda bir mənzildən 4 nəfərin meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, Nərimanov rayonunda yerləşən mənzillərdən birinin sahibi polisə zəng edərək kirayəyə verdiyi evin qapısının arxadan bağlı olduğunu, nə qədər döysə də, qapını açan olmadığını bildirib.

Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 kişi meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.

İlkin ehtimala görə, onlar dəm qazından boğulub. Digər ehtimala görə isə həmin şəxslər qidadan zəhərlənərək ölüblər.

AzVision.az



Teqlər:





Xəbər lenti