Yaşayış binasındakı partlayışda ölən şəxs polis imiş

Yaşayış binasındakı partlayışda ölən şəxs polis imiş
  02 Yanvar 2023    Oxunub:1025
Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində ölən şəxsin kimliyi məlum olub.
DİN Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, partlayışda həyatını itirən polis nəfəri Məhəmməd Babayev olub.

Bildirilib ki, polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib.

Yaşayış binasında güclü partlayış olub, ölən var- YENİLƏNİB
Qeyd edək ki, bu gün saat 16 radələrində Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.

Hadisə nəticədə 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.

AzVision.az



Teqlər:   Bakı   Partlayış  





Xəbər lenti