Məşhur aktyor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Məşhur aktyor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
  02 Yanvar 2023    Oxunub:1476
Məşhur aktyor Ceremi Renner evində bədbəxt hadisə ilə üzləşib. AzVision.az xəbər verir ki, o, ağır vəziyyətdə Nevada ştatındakı xəstəxanaya yerləşdirilib.
Aktyora tibbi yardım göstərildikdən sonra onun vəziyyəti stabil və ağır qiymətləndirilib.

"Deadline" nəşri isə yazır ki, Ceremi Renner dağ kurortu kimi tanınan Rouz Ski Taho yaxınlığındakı evindən helikopterlə Nevadadakı Rinoya aparılıb.

Məlumata görə hadisə ulduz aktyorun qar təmizləməsi zamanı baş verib. Yeni il ərəfəsində bölgədə güclü tufan başlayıb. Nəticədə xeyli miqdarda qar yağıb və 35 min evdə elektrik enerjisi kəsilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor  





Xəbər lenti