Hava limanı işçisi təyyarə turbininə düşərək ölüb

Hava limanı işçisi təyyarə turbininə düşərək ölüb
  01 Yanvar 2023    Oxunub:3292
ABŞ-nin Alabama ştatındakı Montqomeri hava limanında yerli əməkdaş “American Airlines”a məxsus təyyarənin turbininə düşüb.
Hadisə dekabrın 31-də yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 1 yanvar saat 07:00-da - red.) “Embraer E175” aviaşirkətinə məxsus 3408 saylı reys Dallasdan gəldikdən sonra təyyarə çıxışın qarşısında dayanarkən baş verib.

“American Airlines” şirkətinin mətbuat xidməti bildirib ki, həmin şəxs ölüb. İnsidentdən sonra hava limanı müvəqqəti bağlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti