Kustar üsulla partlayıcı hazırlayan saxlanılıb

Kustar üsulla partlayıcı hazırlayan saxlanılıb
  01 Yanvar 2023    Oxunub:985
Xaçmazda kustar üsulla partlayıcı vasitələr hazırlayan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az -a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində kustar üsulla tezalışan partlayıcı vasitələrin gizli şəkildə hazırlanmasını və satışını həyata keçirən Sadiq Qanbayev saxlanılıb. Sadiq Qanbayevin barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti