Bakıda ağır yol qəzası: 5 nəfər öldü

 Bakıda ağır yol qəzası:  5 nəfər öldü
  01 Yanvar 2023    Oxunub:2239
Bakıda baş verən qəzada ölənlərin sayı 5-ə çatıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirib ki, qəza zamanı 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, 1994-cü il Pərviz Əlizadə, 1994-cü il təvəllüdlü Aytəkin Allahyorava, 2001-ci il təvəllüdü Könul Namazova, 1997-ci il Jalə Aslanova ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

***

Bakıda ağır yol qəzasında ölənlərin sayı artıb.

TƏBİB-dən AzVision.az -a bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib: "Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir. Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib".

***

Bakıda ağır yol qəzası olub.

AzVision.az xəbər verir ki, hadisə Nizami rayonunda, "Şəfa" stadionu yaxınlığında qeydə alınıb. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, hadisə zamanı "Toyota Prius" və "Mercedes" avtomobilləri toqquşub. İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə "Mercedes"in manevr qaydalarını pozması nəticəsində baş verib. "Mercedes"də olan 3 nəfər ölüb. Hadisənin təfərrüatları dəqiqləşdirildikdən sonra ətraflı məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır”.

Baş inspektor bildirib ki, qəza ilə əlaqədar yolda yaranmış sıxlıq aradan qaldırılıb, avtomobillərin hərəkəti təmin olunub.

“Sürücüləri bayram günlərində diqqətli olmağı çağırır, spirtli içkilərin təsiri altında və yorğun halda avtomobil idarə etməməyi tövsiyə edirik”, - deyə o bildirib.

AzVision.az





Teqlər:





Xəbər lenti