Messinin qaldığı otaq muzeyə çevriləcək

Messinin qaldığı otaq muzeyə çevriləcək
  27 Dekabr 2022    Oxunub:847
Argentina millisinin hücumçusu Lionel Messinin qaldığı Dohadakı Qətər Universiteti oyunçunun DÇ-2022 zamanı yaşadığı otağın tezliklə muzeyə çevriləcəyini açıqlayıb.
AzVision.az “RMC Sport”a istinadən xəbər verir ki, mundialın ən yaxşı oyunçusunun otağının yerli sakinlər və turistlərin ziyarət edə bilməsi üçün qaldığı formada saxlanması qərara alınıb.

Messi B201 otağında qalıb. Qapıda Argentina rəngləri və “L. Messi" sözləri yer alıb. Mini-muzeyin açılış tarixi hələ açıqlanmayıb.

Qeyd edək ki, Argentina DÇ-2022-nin finalında Fransaya qalib gələrək turnirin qalibi olub.

AzVision.az



Teqlər: Messi  





Xəbər lenti