Kiçikhəcmli gəmi istifadəçiləri cərimələniblər

Kiçikhəcmli gəmi istifadəçiləri cərimələniblər
  24 Dekabr 2022    Oxunub:1296
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti təhlükəsizlik qaydalarını pozmuş kiçikhəcmli gəmi istifadəçiləri cərimələyib.
Bu barədə AzVision.az -a FHN-dən bildirilib.

Belə ki, Bakı şəhəri, Səbail rayonunun Bibiheybət qəsəbəsi, Qaradağ rayonunun Sahil qəsəbəsi, Neftçala rayonunun Şirvanlı, Sahiloba kəndləri və Siyəzən rayonunun Zarat, Balaca Həmyə kəndlərində Xəzər dənizinin sahilboyu ərazilərində keçirilmiş nəzarət tədbirləri zamanı ümumilikdə 59 asma mühərrikli qayıq saxlanılaraq, həmin nəqliyyat vasitələrinin texniki və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb.

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq tələblərini (sürücülük hüququ olmadan kiçikhəcmli gəmilərin istismarı, xilasetmə və digər təchizat avadanlıqları olmadan qayıqlardan istifadə, bort nömrəsinin olmaması) pozan 17 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.
AzVision.az


Teqlər:





Xəbər lenti