Məktəbdə halı pisləşən şagird vəfat edib

   Məktəbdə halı pisləşən şagird vəfat edib
  22 Dekabr 2022    Oxunub:1360
Bu gün saat 13:00 radələrində paytaxtdakı 285 nömrəli tam orta məktəbin VII sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) səhhətində yaranan problemlə bağlı halı pisləşib.
Məktəbdən AzVision.az -a bildirilib ki, məktəbin tibb işçisi tərəfindən dərhal həkim tövsiyəsinə uyğun olaraq (məktəbli səhhətindəki problemə görə həkim nəzarətində idi) müdaxilə edilib, ilkin tibbi yardım göstərilib:

"Məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdin ailəsinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Ancaq bunlara baxmayaraq təəssüflər olsun ki, şagird təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda vəfat edib".

AzVision.az



Teqlər:





Xəbər lenti