Separatçı Əlikram Hümbətov ölüb

  Separatçı Əlikram Hümbətov ölüb
  22 Dekabr 2022    Oxunub:2179
Separatçı Əlikram Hümbətov ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Niderlandda yaşayan azərbaycanlılar bildirib. O yaşadığı Haaqa şəhərində 74 yaşında vəfat edib.

Qeyd edək ki, Əlikram Hümbətov 1993-cü ildə Azərbaycanın cənub zonasında qondarma “Talış-Muğan Respublikası” elan edib və separatçılıq fəaliyyətinə görə həbs edilib. O, bir müddət həbsdə qaldıqdan sonra vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunub. Əlikram Hümbətov 2004-cu ildən etibarən Niderlandda yaşayırdı.

O, İrəvan Dövlət Unversitetinin iranşünaslıq kafedrasında talışşünaslıq üzrə magistr pilləsinin açılışını edib və daha sonra Xankəndində yerləşən universitetlərin birində çıxış edib.

AzVision.az


Teqlər:





Xəbər lenti