Bakıda 30 məktəbin İnkişaf Planı hazırlanıb

Bakıda 30 məktəbin İnkişaf Planı hazırlanıb
  21 Dekabr 2022    Oxunub:1044
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən 30 məktəbin İnkişaf Planı hazırlanıb.
AzVision.az xəbər verir ki, İnkişaf Planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib.

Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər.

Qeyd edək ki, növbəti təqvim ilində 50 məktəbin inkişaf planının hazırlanması nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti