Vəzifəli şəxsin anası yanğın zamanı öldü

 Vəzifəli şəxsin anası yanğın zamanı öldü
  20 Dekabr 2022    Oxunub:1327
Bu gün Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın olub, 79 yaşlı qadın faciəvi şəkildə ölüb. Hadisə şəhərin S.Rufullayev küçəsində R.Əhədova məxsus evdə qeydə alınıb.
Belə ki, ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1943-cü il təvəllüdlü Nənələr Əhədovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. O vəzifəli şəxsin anası olub.

Məlumata görə, N. Əhədova DİN-nin Biləsuvar mühafizə bölməsinin rəisi Arif Məmmədovun anasıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir. (Report)

AzVision.az




Teqlər: Yanğın  





Xəbər lenti