Bakıda müəllim və şagirdlərin sayı açıqlanıb

Bakıda müəllim və şagirdlərin sayı açıqlanıb
  20 Dekabr 2022    Oxunub:1104
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 331 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Bu barədə AzVision.az -a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə 483 min 223 şagirdin təlim-tərbiyəsi ilə 28 min 437 müəllim məşğul olur.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 45 min 245, IX siniflərində 40 min 23, XI siniflərində 26 min 438, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər şagird təhsil alır.

AzVision.az


Teqlər:





Xəbər lenti