15 yaşında qurşananlar, ali təhsili olanlar: Narkomanlar arasında sorğu keçirildi

 15 yaşında qurşananlar, ali təhsili olanlar:  Narkomanlar arasında sorğu keçirildi
  20 Dekabr 2022    Oxunub:1252
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Respublika Narkoloji Mərkəzdə müalicə alan xəstələr arasında sorğu keçirib.
AzVision.az xəbər verir ki, hesabatı təqdim edən AMADA-nın direktoru Şəfəq Hüseynli respondentlərin 45,6 faizinin subay, 37,4 faizinin evli, 11,3 faizinin boşanmış, 4,1 faizinin dul olduğunu bildirib.

"Respondentlərin 80 faizini kişilər, 12,3 faizini isə qadınlar təşkil edib. Onların içərisində 6,2 faizi magistr, 22,1 faiz bakalavr, 25,6 faizi orta ixtisas, 13,3 faizi natamam orta təhsillidir. Sorğuda iştirak edənlərin 70,8 faizi işləmir. Onların 64 faizi narkotikdən istifadəyə görə işini itirib. Respondentlərin 28, 2 faizi isə işləyir".

Onun sözlərinə görə, sorğuda iştirak edənlərin 12 faizi 15-20 yaş aralığında ilk dəfə narkotikdən istifadə etdiyini deyib: "İştirakçıların 51,3 faizi onları narkomaniyaya dostların və yoldaşlarının, 13,8 faizi tanımadığı şəxslərin, 13,3 faizi qonşusunun, 8,2 faizi qohumlarının, 6,7 faizi həmkarlarının vasitəsilə narkotikdən istifadəyə başladığını deyib. Narkotik və psioaktiv maddələrdən içərisində ən çox istifadə olunan 115 faizlə metamfetamin, 100 faizlə marixuana, 25 faizlə ekstazi (MDMA), 14 faizlə digər omfetamimlər("feb", mefodron) 32 faizlə kokain, 72 faizlə heroin, 75 faizlə metodon, promedo, morfin və başqalarıdır.

Sorğuda iştirak edənlərin 70,3 faizi eyni anda bir neçə narkotik vasitədən, 26,2 faizi yalnız bir narkotik vasitədən istifadə etdiyini deyib".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti