Qarabağdakı sülhməramlılar niyə maska taxırlar? – Moldovadan baxış

   Qarabağdakı sülhməramlılar niyə maska taxırlar? –    Moldovadan baxış
  19 Dekabr 2022    Oxunub:3486
Ruslan Şevçenko
Siyasi təhlilçi, tarix elmləri doktoru
Moldova, Kişinyov
Xüsusi olaraq
AzVision.az üçün

Həyata keçirdikləri missiyanın müqayisəolunmaz müddət fərqinə (30 il və 2 il) baxmayaraq, Dnestryanı və Qarabağdakı rus “sülhməramlılarının” ortaq cəhətləri çoxdur. Onlar hər iki regionda Kremlin göstərişilə separatçı rejimlərə həm gizli, həm də aşkar dəstək verirlər. Bununla belə, müəyyən fərqlərin olduğunu söyləmək lazımdır.
Birincisi, Rusiya “sülhməramlıları” 1992-ci ilin iyul-avqust aylarında Moldovada fəaliyyətə başlayandan bu günə kimi heç vaxt maska taxmayıblar, həm təntənəli tədbirlərdə, həm də "rəsmi vəzifələrinin" icrası zamanı fərdi və bütöv qruplar halında olan bütün foto və videolarda üzləri həmişə açıq olub. Bu, BMT və digər beynəlxalq təşkilatların sülhməramlı qüvvələr qarşısında qoyduğu tələblərə uyğundur. Lakin Qarabağda, gördüyümüz kimi, hər şey başqa cürdür - “sülhməramlılar” üzlərini bilərəkdən maskalarla gizlədirlər.

İkincisi, əgər Qarabağda yerli ermənilərin “sülhməramlıların” sıralarında xidmət etməsi ilə bağlı ayrı-ayrı halları müşahidə ediriksə, Dnestryanıda yerli rusiyayönlü qüvvələrin “sülhməramlı” missiyada iştirakı ölkəmizin sol sahil bölgələrində müharibəyə son qoyan 21 iyul 1992-ci il tarixli Moldova-Rusiya müqaviləsində nəzərdə tutulur. “Dnestryanı sülhməramlılar” kontingenti öz rus “həmkarları” ilə daim və sıx əməkdaşlıq edir.

Çox güman ki, Qarabağda da belə bir sxem tətbiq etmək istərdilər. Ümid edirəm, Qarabağdakı quldur ermənipərəst anklavın ləğvi bundan tez baş verəcək. Son hadisələr, xüsusən də Qarabağ separatçılarını Ermənistanla birləşdirən yeganə yolda keçirilən aksiya hər şeyin bu istiqamətdə getdiyini göstərir.
Rusiya sülhməramlıları Xocalı aeroportundan çıxıblar

Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, Ermənistanla tezliklə sülh müqaviləsi imzalamağa çalışır, bu müqaviləyə əsasən, Ermənistan, nəhayət, bütün Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyacaq və ona olan iddialarından həmişəlik imtina edəcək. Ermənistan hakimiyyəti bu məsələnin həllini yubadacağı təqdirdə rəsmi Bakı xəbərdarlıq edib ki, mümkün olan bütün təsir tədbirlərindən istifadə edəcək.
Mülki şəxslərin Laçın yolunu bağlamasının son dərəcə təsirli olduğunu Xankəndidəki separatçı rejimin oyuncaq “təhlükəsizlik şurası”nın etirazı dərhal göstərdi.

Odur ki, Ermənistan hakimiyyəti doğrudan da Azərbaycanla sülh müqaviləsi bağlamağa tələsməlidir. Əks halda “yol blokadası” müddətsiz prosesə çevrilə bilər. Əslində, ermənilər üçün Azərbaycan Ordusunun hərəkətə keçməyindənsə, bu daha yaxşıdır. Çünki 2020-ci ilin sentyabrında olduğu kimi, Azərbaycan rəhbərliyinin yenə səbri tükənsə, keçirilən hərbi əməliyyat nəinki 44 gündən tez başa çatacaq, həm də Azərbaycan qoşunları Ermənistan sərhədində dayanmayacaqlar. Bunu fanatik “Böyük Ermənistan aşiqləri” də həmişə xatırlamalıdırlar. Çünki dövlətsiz qala bilərlər.


Teqlər: Sülhməramlı  





Xəbər lenti