Metroda soyğunçuluq edən şəxs saxlanılıb

Metroda soyğunçuluq edən şəxs saxlanılıb
  17 Dekabr 2022    Oxunub:732
Bakıda metroda oğurluq və soyğunçuluq edən şəxs saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, polis əməkdaşları Bakı Metropoliteninin stansiya və vaqonlarında talama əməlləri törədən şəxsi müəyyən edib. İki və daha artıq sərnişinin mobil telefon və pulunu oğurluq və soyğunçuluq yolu talamaqda şübhəli bilinən 1990-cı il təvəllüdlü Afiyəddin Kərimov saxlanılıb.

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət etmələri tövsiyə olunur.

Metropolitendə Polis Şöbəsində araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti