Cari tədris ilində 4 265 tələbə təhsil krediti alıb

Cari tədris ilində 4 265 tələbə təhsil krediti alıb
  17 Dekabr 2022    Oxunub:1282
2022-2023-cü tədris ilinin payız semestrində təhsil tələbə kreditindən (TTK) yararlanan tələbələrin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan AzVision.az -a bildirilib ki, bu günə qədər 4265 nəfərə TTK verilib. Onlardan 1641 nəfərin müraciəti sosial TTK, 2624 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti