Mxitaryandan dəhliz dezinformasiyası: "120 min erməni blokadadadır"

   Mxitaryandan dəhliz dezinformasiyası:    "120 min erməni blokadadadır"
  15 Dekabr 2022    Oxunub:828
Ermənistan milli komandasının tanınmış futbolçusu, müqavilə ilə İtaliyanın "İnter" klubuna məxsus olan Henrix Mxitaryan Azərbaycana qarşı təxribat xarakterli addım atıb.
AzVision.az xəbər verir ki, Mxitaryan sosial şəbəkələrdə siyasi paylaşımlar edərək dezinformasiyalar yayıb. O, "İnstaqram" səhifəsində Azərbaycanın Laçın dəhlizini bağlaması səbəbindən guya 120 min erməninin, o cümlədən 30 min uşağın blokadada qaldığını yazıb.

Qeyd edək ki, işğaldan azad olunan Qarabağ ərazilərində heç 40 min erməni yaşamır. Bundan başqa, idmançılar, xüsusən də futbolçular təsdiqlənməmiş məlumatlar yayarkən, yəni peşə fəaliyyətlərindən kənar siyasi proseslərə qarışaraq dezinformasiyalara əl atarkən aidiyyəti beynəlxalq idman qurumları tərəfindən cəzalandırılırlar. Mxitaryan 44 günlük Vətən müharibəsi zamanı da dəfələrlə dezinformasiyalar yaymışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Dezinformasiya  





Xəbər lenti