Qətər 2022: Portuqaliya Mərakeşlə, Fransa İngiltərə ilə qarşılaşacaq

   Qətər 2022:   Portuqaliya Mərakeşlə, Fransa İngiltərə ilə qarşılaşacaq
  10 Dekabr 2022    Oxunub:739
Bu gün Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulacaq.
AzVision.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında Portuqaliya millisi turnirin sürpriz komandası Mərakeşi sınağa çəkəcək. “Əl Tumama” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı argentinalı FIFA referisi Fakundo Telyo idarə edəcək.

Digər oyunda İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər. “Əl Bayt” stadionundakı görüşün baş hakimi braziliyalı Uilton Sampayo olacaq.

DÇ-2022

1/4 final mərhələsi

10 dekabr


19:00. Mərakeş - Portuqaliya


Baş hakim: Fakundo Telyo (Argentina)

“Əl Tumama” stadionu

23:00. İngiltərə - Fransa


Baş hakim: Uilton Sampayo (Braziliya)

“Əl Bayt” stadionu

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 9-da baş tutub. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək, yarımfinala yüksəlib.

AzVision.az



Teqlər:





Xəbər lenti