“Çakallarla Dans 6” filminin Park Cinema-da qala gecəsi baş tutdu - VİDEO

“Çakallarla Dans 6” filminin Park Cinema-da qala gecəsi baş tutdu -    VİDEO
  10 Dekabr 2022    Oxunub:1342
Türkiyəli məşhurlar Didem Balçın, Hakan Bilgin, Murat Akkoyunlu və Murat Şeker Bakıda "Park Cinema Flame Towers"də baş tutan "Çakallarla Dans 6" filminin qala gecəsində iştirak ediblər.
"Bu, filmimizin xarici ölkədə baş tutan ilk qalasıdır. Qardaşlarımızla bir yerdə olduğumuz üçün çox xoşbəxtik. Sizinlə buraya əylənməyə gəldik", -Hakan Bilgin film haqqında danışıb

Didem Balçın isə Bakı haqqında təəsüratlarını bölüşüb: "Bizi çox gözəl qarşıladınız. Bakıda ilk dəfədir oluram və şəhərinizi çox bəyəndim".

Qeyd edək ki, "Çakallarla Dans 6" filmi Türkiyədə nümayişinin ilk həftəsində ilin ikinci ən çox izlənən komediya filmi olub. Filmdə Didem Balçın, Murat Akkoyunlu ,Timur Acar, Şevket Çorun, İlker Ayrık da çəkilib. Didem Balçın "Diriliş Ertuğrul" və "Kuruluş Osman" serialları ilə daha da məşhurlaşıb.

Film 8 dekabrdan etibarən bütün Park Cinema kinoteatrlarında nümayişdədir. "Çakallarla Dans 6" komediyasını izləmək istəyənlər biletləri www.parkcinema.az saytından əldə edə bilərlər.



AzVision.az


Teqlər:





Xəbər lenti