Məşhur müğənnidə nadir ağır xəstəlik aşkarlandı

Məşhur müğənnidə nadir ağır xəstəlik aşkarlandı
  08 Dekabr 2022    Oxunub:1161
Məşhur kanadalı müğənni Selin Dionda ağır xəstəlik aşkarlanıb. O, yazda səhnəyə qayıdaraq pərəstişkarları üçün konsert verəcəkdi.
Müğənnidə ciddi nevroloji xəstəlik tapılıb ki, bu da Selin Dionun müğənnilik fəaliyyətinə mane olacaq. Müğənni artıq bu barədə sosial şəbəkədə videomüraciət yayıb.

“Uzun müddətdir ki, səhhətimdə problemlər var idi. Belə çətinliklərlə üzləşmək və nələrdən keçməyim haqqında danışmaq mənim üçün çox çətin idi... Mənə “əzələ sərtliyi sindromu” adlı nadir nevroloji xəstəlik diaqnozu qoyulub və o milyonda bir insanda aşkarlanır", - müğənni qeyd edib.

O qeyd edib ki, xəstəlik onun hərəkət və mahnı oxumasına mane olan əsəb spazmlarına səbəb olur. Müğənni müalicə olunduğunu və sağalacağına ümid etdiyini vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Müğənni  





Xəbər lenti