“Avroviziya-2023” üçün ifaçı seçiminə başlanıldı

“Avroviziya-2023” üçün ifaçı seçiminə başlanıldı
  08 Dekabr 2022    Oxunub:806
Avroviziya beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək “Avroviziya-2023” müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçiminə başlayıb.
İTV-dən AzVision.az -a bildirilib ki, seçimlərdə iştirak etmək istəyən ifaçılar və bəstəkarlar dekabr ayının 31-nə qədər öz ifalarını, demo şəklində bəstələdiyi mahnılarını, yaxud öz ifasında olan və Avroviziya üçün hazırlanmış yeni mahnılarını [email protected] elektron ünvanına göndərə bilərlər.

Göndəriləcək mahnıların demo versiyaları tam hazır (sözlər, ifa, xronometraj) və Avroviziya mahnı müsabiqəsinin qaydalarına uyğun olmalıdır. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2022-ci il sentyabrın 1-dən əvvəl kommersiya məqsədi ilə buraxılmamalı, ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Seçimlərdə iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.

Qeyd edək ki, “Avroviziya-2023” mahnı müsabiqəsi Liverpulda 9, 11 və 13 may tarixlərində baş tutacaq.

Müsabiqədəki Azərbaycan nümayəndə heyətinin rəhbəri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorunun müavini Vasif Məmmədovdur.

AzVision.az



Teqlər:





Xəbər lenti