Nazir: "Ermənilər mədəni abidələrimizi qəsdən məhv ediblər, dəyişdiriblər"

      Nazir:    "Ermənilər mədəni abidələrimizi qəsdən məhv ediblər, dəyişdiriblər"
  08 Dekabr 2022    Oxunub:702
"Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı mədəni irsimizə sarsıdıcı təsir göstərib".
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycanın mədəniyyət naziri Anar Kərimov “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan monitorinqlər zamanı mədəni irs abidələrinin qəsdən dağıdıldığı, bir sıra tarixi abidələrin qəsdən dəyişdirildiyi aşkarlanıb: "Buna işğaldan azad edilmiş ərazilərə səfər edən beynəlxalq təşkilatların nümayəndələri də şahidi olublar".

AzVision.az



Teqlər:





Xəbər lenti