Kür-Bakı magistral su kəmərində qəza baş verib

   Kür-Bakı magistral su kəmərində qəza baş verib
  08 Dekabr 2022    Oxunub:689
Kür-Bakı magistral su kəmərində qəza baş verib. Su kəmərində baş vermiş qəza ilə əlaqədar Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
"Azərsu" ASC-dən AzVision.az -a verilən məlumata görə, əraziyə qəza briqadları və xüsusi texnika cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

AzVision.az


Teqlər:





Xəbər lenti