Sabah eyni vaxtda üç astronomik hadisə baş verəcək

   Sabah eyni vaxtda  üç astronomik hadisə baş verəcək
  07 Dekabr 2022    Oxunub:1331
Dekabrın 8-də eyni vaxtda üç astronomik hadisə baş verəcək.
Moskva Planetariumunun mətbuat xidməti bildirib ki, saban səhər saatlarında bədirlənmiş Ay, Mars qarşıdurması və bədirlənmiş Ay tərəfindən Marsın tutulması baş verəcək. Hər üç hadisə Bakı vaxtı ilə 8:00-dən 9:00-a qədər olacaq.

Bakı vaxtı ilə saat 8:10-da Ay tam fazaya daxil olacaq, 8:35-də Yerdən 82,2 milyon km uzaqlıqda olan Mars Günəşlə qarşıdurma nöqtəsində, 9:35-də isə Yerdən 82,2 milyon km uzaqlıqda olan Mars Günəşə əks nöqtədə olacaq. Mars qarşıdurmaları təxminən iki ildən bir baş verir.

AzVision.az


Teqlər:





Xəbər lenti