Yevlaxda azyaşlıya spirtli içki verən şəxs cəzalandırıldı

Yevlaxda azyaşlıya spirtli içki verən şəxs cəzalandırıldı
  07 Dekabr 2022    Oxunub:596
Yevlaxda azyaşlıya spirtli içki verən şəxs cəzalandırılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd edilib ki, azyaşlıya spirtli içki verərək görüntülərini sosial şəbəkədə yayan şəxs Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunub.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 189.1-ci (uşaqların təlim-tərbiyəsi vəzifələrini valideynlər və onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

Xatırladaq ki, bu maddədə cəza tədbiri kimi xəbərdarlıq və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə nəzərdə tutulur.

AzVision.az



Teqlər:





Xəbər lenti