Sərxoş sürücü piyadanı vurub öldürdü

Sərxoş sürücü piyadanı vurub öldürdü
  07 Dekabr 2022    Oxunub:313
İmişli rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, dekabrın 6-da saat 21 radələrində 1997-ci il təvəllüdlü Nahid Məhərrəmov sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Sarvan Yaqubovu vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Araşdırma aparılır. Qeyd edək ki, N.Məhərrəmov müharibə iştirakçısıdır, qazidir, idarə etdiyi avtomobil qardaşına məxsus olub.

AzVision.az

Teqlər:







Xəbər lenti