Bakıda hoteldə yanğın olub

Bakıda hoteldə yanğın olub
  06 Dekabr 2022    Oxunub:362
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 3888 m² olan altımərtəbəli otel binasının çardağının taxta atmaları və izolyasiya qatı 20 m² sahədə yanıb.
FHN-dən AzVision.az -a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

AzVision.az

Teqlər:







Xəbər lenti