Vaxtları gedir, özləri də gedəcəklər!

      Vaxtları    gedir,    özləri    də gedəcəklər!
  05 Dekabr 2022    Oxunub:1574
Rusiya sülhməramlıları ermənipərəst davranışları ilə özlərini Azərbaycan xalqının gözündən salaraq, mənfi obraz yaradıblar. Cəmiyyətdə heç kim onların niyyətinin həqiqətən sülh olmasına inanmır. Onların mövqeləri sülhə yox, əksinə, gərginliyin daha da artmasına xidmət edir.
Buna görə də, cəmiyyət ilə hakimiyyətin mövqeyi birmənalıdır və üst-üstə düşür: 5 illik müddət başa çatandan sonra sülhməramlılar Azərbaycan torpaqlarında qala bilməzlər. Həmin müddətin də 2 ildən çoxu artıq keçib. 3 ildən az vaxt qalır.

Hazırda zaman rus sülhməramlılarının və onların arxasında gizlənənlərin əleyhinə işləyir. Onlar qum saatındakı dənəcikləri xatırladırlar: vaxt tamam olan kimi sonuncusu da sürüşüb, aşağıya - layiq olduğu yerə gedəcək.

Şəkli böyük ölçüdə görmək üçün Telegram kanalımıza keçə bilərsiniz:




Teqlər: Sülhməramlı   Qarabağ  





Xəbər lenti