"Küsülü getdi həyatımdan" - Rəhimin sevgilisi

   "Küsülü getdi həyatımdan" -    Rəhimin sevgilisi
  05 Dekabr 2022    Oxunub:1034
“Rəhim özünə qapalı insan idi. Dərdini, sirrini heç kimlə bölüşmürdü. Hər gün onun məzarı üstə gəlirəm. Nə gecəm, nə gündüzüm var. Rəhim gedəni, hələ də alışa bilmirəm onun yoxluğuna. O gedəni nə havam, nə suyum çatır. Elə bilirəm ki, qaranlıq bir yerdəyəm”.
AzVision.az xəbər verir ki, bu sözləri mərhum bəstəkar-müğənni Rəhim Rəhimlinin sevgilisi olduğunu deyən Hüri adlı xanım “Maqazin Plyus”a açıqlamasında deyib.

O bildirib ki, Rəhim vəfat edəndə ölkə xaricində olub:

“Rəhim dünyasını dəyişəndə ölkə xaricində idim. Dostları mənə zəng vurub dedilər ki, Rəhim artıq həyatda yoxdur. O, mənimlə sağollaşmadan, küsülü getdi həyatımdan”.

Onun sözlərinə görə, Rəhim onunla ailə qurmaq istəyirmiş:

“Rəhim əvvəllər tez-tez fikirləşirdi ki, ailə quraq, övladımız olsun. Ən çox oğlan övladı arzulayırdı. Deyirdi ki, heç olmasa, məndən sonra yolumu davam etsin, adımı daşısın. Amma bu da qismət. Adına qədər fikirləşmişdi”.

Qeyd edək ki, Rəhim Rəhimli sentyabrın 30-da dünyasını dəyişib. Onun ölümünə səbəb ürək çatışmazlığı olub. İfaçı eyni zamanda sirrozdan əziyyət çəkirmiş.



AzVision.az


Teqlər:





Xəbər lenti