Bakıda mənzildə yanğın olub

Bakıda mənzildə yanğın olub
  03 Dekabr 2022    Oxunub:554
Bakının Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsində fərdi yaşayış evində yanğın baş verib.
Bu haqda AzVision.az -a FHN-dən məlumat verilib.

Belə ki, “112” qaynar xəttinə yanğın barədə məlumat daxil olub. Məlumata əsasən rayonun yanğından mühafizə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Operativ müdaxilə nəticəsində yanğın söndürülüb.

Bildirilib ki, təxminən ümumi sahəsi 50 kv.m. olan 2 mərtəbəli evin dam örtüyü yanıb.

Əlavə məlumat veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti