Cənubi Koreya 1/8 finalda, Uruqvay qrupda qaldı

   Cənubi Koreya 1/8 finalda,    Uruqvay qrupda qaldı
  02 Dekabr 2022    Oxunub:735
Bu gün Qətərdə təşkil olunan DÇ-2022-də qrup mərhələsinə yekun vurulacaq.
AzVision.az xəbər verir ki, 3-cü turun son oyun günündə G və H qruplarında 4 matç keçirilir və 1/8 finalın bütün cütlükləri məlum olacaq.

G qrupunda pley-offa vəsiqəni təmin edən Braziliya Kamerunla qarşılaşacaq. Qrupun digər oyununda İsveçrə Serbiya ilə üz-üzə gələcək. İsveçrəlilər qələbə qazanacaqları halda, Kamerun - Braziliya görüşünün nəticəsindən asılı olmayaraq, mərhələ adlayacaqlar.

H qrupunda isə 1/8 finala adlayan Portuqaliya millisi Cənubi Koreya yığmasına 1:2 hesabı ilə uduzub. Qana isə Uruqvaya 0:2 hesabı ilə məğlub olub. Bu nəticələrdən sonra H qrupunda Portuqaliya qrup lideri, Cənubi Koreya qrup 2-cisi kimi növbəti mərhələyə yüksəlib.

DÇ-2022, qrup mərhələsi, 3-cü tur

2 dekabr

H qrupu

19:00.
Qana - Uruqvay - 0:2

Qol: Arraskaeta, 26, 32

19:00. Cənubi Koreya - Portuqaliya - 2:1

Qol: Horta, 5 (0:1), Yunq Qvon, 27 (1:1), Hvan Hi, 90+2 (2:1)


Teqlər:





Xəbər lenti